Xəbərlər
Xəbərlərə görə sayt məsuliyyət daşımır...
"BARSELONA" "REAL"I DARMADAĞIN ETDİ
Administrator tarih 14.01.2011, 15:08 (UTC)
 İspaniya Kubokunun 1/4 final mərhələsinə start verilib
_______________________________________________

İlk oyun günü məhsuldarlığı ilə diqqət çəkib. "Vilyareal" doğma meydanda "Sevilya"yla qarşılaşıb. Tərəflər hərəyə 3 qol vursa da, qalib müəyyənləşməyib. "Barselona" isə "Nou Kamp"da "Real" (Betis) üzərində inamlı qələbə qazanıb. Kataloniya klubu rəqibin qapısından 5 cavabsız top keçirib.

İspaniya Kuboku
1/4 final (ilk oyunlar)

12 Yanvar
Vilyarreal - Sevilya 3:3
Qollar: Kani, 24, Rossi, 29, Marko Ruben, 55 - Neqredo, 39; 60, Aleksis, 88
Barselona - Real Betis 5:0
Qollar: Messi, 44; 62; 73, Pedro, 76, Keyta, 83
13 Yanvar
23:00. Almeriya - Departivo
01:00. Real Madrid - Atletiko
 

"İDMAN OSKARI"
Administrator tarih 12.01.2011, 17:17 (UTC)
  Dünya ictimaiyyəti arasında "İdman Oskarı" adı ilə daha çox tanınan nüfuzlu "Laureus World Sports" Awards” mükafatına namizəd idmançıların adı açıqlanıb
____________________________________________

"İdman Oskarı" mükafatına 6 kişi idmançı iddia edir.
Bunlar ispaniyalı tennisçi Rafael Nadal, “Formula-1” üzrə son dünya çempionu alman Sebastyan Fettel, filippinli peşəkar boksçu Menni Pakiao, amerikalı basketbolçu Kobi Brayant və futbolçular Andres İnyesta və Lionel Messidir. Qadın idmançılar arasında isə tennisçilər Serena Uilyams, Kim Kleyters və Karolin Vaznyaçki, xizəkçi Lindsey Vonn, yüngül atletlər Cessika Ennis, Blanka Vlaseviç “İdman Oskarı”nı qazanmağa iddia edirlər.

“Laureus World Sports Awards” mükafatı 2000-ci ildə təsis edilib. Ötən il kişi idmançılar arasında yamaykalı Useyn Bolt, qadın idmançılardan isə Serena Uilyams “İdman Oskarı”na sahib çıxmışdı.
 

İLİN ƏN YAXŞI QOLU
Administrator tarih 12.01.2011, 17:09 (UTC)
 Türkiyə milli futbol komandasının oyunçusu Hamit Altıntop ilin ən yaxşı qoluna verilən “Ferenc Puşkaş” mükafatına layiq görülüb
_____________________________________________

FİFA tərəfindən 2010-cu ilin ən yaxşı qoluna verilən mükafat İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə Hamit Altıntopa təqdim olunub. Altıntop bu mükafata Türkyə yığması ilə Qazaxıstan millisi arasında keçirilən və türklərin 3-0 qalib gəldiyi qarşılaşmada vurduğu qol səbəbilə layiq görülüb. Hamit Altıntopun mükafatını Qazaxıstan milli komandasının qapıçısı Andrey Sidelnikov verib.
 

<-Geri

 1 

Devam->

Aromat.az
 

Sayğac
 
Bakinka.Az
 

Site Designed by Hikmet Baghirzadeh
 

Designed by Hikmet Bagirzade
All Rights Reserved

DeriShop.az
 

 




 
Bugün 106326 ziyaretçi bizim sayta qonaq gəlmişdi...
All Rights Reserved Bütün hüquqları qorunur Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol